Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran baş məşqçi əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Nəticə öz yerində, mənim üçün futbolçuların geri dönməsi, onların yaxşı oyun göstərməsi vacib idi. Yorulanlar çox oldu. Zədəlilər də yəqin ki, olacaq. Komandada yorğunçuluq var. Bu, düşünmədiyimiz nəticələrə gətirib çıxara bilər. Yaxşı oyunla çox vacib 3 xal əldə etdik. Hər iki komandanın yaxşı azarkeş dəstəyi var idi. Uğurlar arzulayıram “Neftçi”yə.

– “Zirə” ilə oyundan sonra demişdiniz ki, futbolçulardan razı qalmamışam. İndi isə deyirsiniz ki, razı qalmışam. Nə dəyişdi qısa zamanda?
– “Zirə” daha yaxşı müdafiə olunurdu. Çoxdan idi komanda birlikdə deyildi. Razı olmadığım o idi ki, təcrübəli futbolçular vacib oyunda özlərini ələ almalıdırlar. Yorğun və hazır olmasalar da. Amma futbolçuları başa düşürəm. Yorğunluq olanda tək əzələ yox, beyinə də təsir edir. Bu gün futbolçularımdan razı qaldım. Yorğunluq məni hələ ki, narahat edir. Sabah bəlkə, 1-2 zədəlimiz olsun. Əvvəlki oyunlardan nəticə çıxarmışdıq, futbolçular yığışmışdılar. Futbolçularımı tanıyıram, hər şeyi başa düşürəm. Belə hallar qarşıda da ola bilər.

– “Neftçi”dən belə zəif çıxış gözləyirdiniz?
– Heç kimə zəif deyə bilmərəm. Bəlkə də mənim futbolçularım bu gün daha yaxşı idilər. Əvvəlki oyunlarda istifadə olunmayan qol epizodlarından istifadə edildi. “Neftçi” həmişə “Neftçi”dir. Bizdə bu gün daha yaxşı alındı, nəinki “Neftçi”də.

– Az müddətdə “Qəbələ” ilə 3 dəfə qarşılaşacaqsınız. Eyni komanda ilə dəfələrlə qarşılaşanda futbolçuları necə motivasiya edirsiniz?
– Hər bir komandamıza qarşı oynamaq xoşdur. Lap 10 dəfə oynayaq. Amma 3-4 gündən bir eyni komandaya qarşı oynayanda futbolçuları motivasiya etmək asan olmur. Belə hallar dəfələrlə olub. Yaxşı tərəfi də olub, bizim üçün yaxşı olmayan tərəfi də.

– Maksim Medvedev sağ cinahda özünü necə göstərdi?
– Daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada oynamaq asan deyil. Çox məsuliyyətli mövqedir. Oyundan əvvəl danışmışdıq. Uzun müddət zədəli idi, oyun təcrübəsi az idi. Ondan razı qaldım. Daha yaxşı Maksim görmək istəyərdik.

– Ramil Şeydayev çox qol epizodu yaradırdı. Amma hamısından istifadə edə bilmirdi…
– Bir dəfə fərqləndi. Qapıçı çox yaxşı oynadı. Ramilin borcudur ki, qol epizodlarına girsin, şərait yaratsın, istifadə etsin. Çox çalışdı.

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq