AMADA rəsmisi Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun iclasında iştirak edib

AMADA rəsmisi Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun iclasında iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti “Anti-Doping Iceland” və İslandiya Universitetinin birgə təşkilatçılığı ilə Reykyavikdəki Milli İdman Arenasında keçirilən Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun (T-DO ED) iclasında iştirak edib.

AMADA-dan "Report"a verilən məlumata görə, tədbir maraqlı tərəfləri bir araya gətirərək, antidopinq təhsili üzrə beynəlxalq standartın və strategiyanın müzakirəsi və təkmilləşdirilməsi məqsədi daşıyıb.

İclasın açılış mərasimində ev sahiblərinin salamlamasından sonra ardıcıl olaraq Təhsil üzrə Məsləhətçi Qrupun sədri, Avropa Şurasının katibliyi və Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri tərəfindən yeniliklərin təqdimatı olub. Səhər sessiyasının əsas məqamlarından birini Kann şəhərində keçirilən 2024 Qlobal Təhsil Konfransına dair fikir mübadiləsi təşkil edib.

Tədbirdə danimarkalı mütəxəssis Tomas Terney tərəfindən təqdim edilən antidopinq təhsilində süni intellektin rolu əsas müzakirə mövzulardan biri olub. Bu sessiya süni intellekt texnologiyalarının antidopinq təhsilinin effektivliyini artırmaq və daha təmiz idman mühiti yaratmaq potensialını araşdırmağa xidmət edib.

Kanada Etik İdman Mərkəzinin (CCES) Dəyərlərə Əsaslanan İdman üzrə icraçı direktoru və Beynəlxalq Təhsil Standartı (ISE) Layihə Qrupunun sədri Karri Dauson ISE-yə təklif olunan dəyişikliklərin xülasəsini təqdim edib. Tədbir iştirakçıların, həmçinin Azərbaycan nümayəndə heyətinin dəyişikliklərə dair rəy və təkliflərini bildirdiyi məsləhətləşmə sessiyası ilə davam edib.

İclasın ikinci günündə ISE üzrə məsləhətləşmələr davam etdirilib, işçi qrupların yenilikləri və nəticələri ilə bağlı təlimatlar verilib. Tədbir müzakirələrin xülasəsi və iclasın bağlanış mərasimi ilə yekunlaşıb.

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib