Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycan ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

"Report"un məlumatına görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Bakının indiyədək dünya çempionatı, Böyük Dəbilqə, Qran Pri və digər yarışları ev sahibliyi etdiyini xatırladıb. Növbəti belə yarış bu il 4 - 6 noyabrda keçiriləcək Böyük Dəbilqə olacaq.

Lakin onun sözlərinə görə, indiyədək Beynəlxalq Cüdo Federasiyası (IJF) və EJU-nun rəsmi təqviminə daxil olan və Azərbaycanda keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib: "Avropa Kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın regionlarda cüdonun kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaq”.

Baş katib həmçinin Avropa Kubokunun yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, yarış bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 8 - 10 mayda beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək.

ACF növbəti illərdə Göygöl Avropa Kubokunun ənənəvi şəkildə təşkil edilməsi, həmçinin gənclər arasında da Avropa Kuboku yarışının Azərbaycanda təşkil edilməsi üçün EJU ilə əməkdaşlığını davam etdirəcək.

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub