Azərbaycan millisinin futbolçusu: Həm Azərbaycandan, həm də Türkiyədən maraqlananlar var - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: Həm Azərbaycandan, həm də Türkiyədən maraqlananlar var - MÜSAHİBƏ

Azərbaycan millisinin Türkiyənin “Tuzlaspor” klubunda forma geyinən futbolçusu Bəxtiyar Həsənalızadə “QELEBE.AZ”a müsahibə verib. O, komandasının Türkiyə I Liqasında uğursuz çıxış edərək II Liqaya düşməsinin səbəblərindən, həmçinin qarşıdakı planlardan danışıb. Futbolçu böyük ehtimalla Türkiyə klubundan ayrılacağını vurğulayıb.

- Son mövsümü necə dəyərləndirərdiniz?

- Aşağı liqaya düşməyimizin səbəbini mövsümün əvvəlində itirdiyimiz xallarla əlaqələndirərdim. Ardıcıl 4 oyunda uduzduq. Bunun böyük təsiri oldu. Sonradan toparlandıq, komanda şəklində yaxşı çıxış etdik. 11 oyunda məğlub olmamağımıza baxmayaraq, liqada qala bilmədik. Turnir cədvəlinin sonuncu yerlərində qərarlaşan klublar arasında ən yaxşı vəziyyətdə olan biz idik. Lakin gözlənilmədən heç-heçə oynadıq, digər rəqiblərimiz isə qələbə qazandılar.

- Klubdan tamamilə ayrıldığınızı düşünmək olarmı?

- Rəhbərliklə bu barədə rəsmi danışığımız olmayıb. Ancaq görünür, yollarımız ayrılacaq. Çünki aşağı liqada legionerə icazə yoxdur. Heç klub da dəvət göndərməz.

- Legioner məsələsi olmasa, “Tuzlaspor”da qalıb oynayacaqdınız?

- Təbii ki, aşağı liqada oynamaq istəməzdim. Klubla "1+1 il" şərti ilə müqavilə bağlamışdım. İstəsəydilər, məcburən qalacaqdım.

- “Tuzlaspor”da maliyyə problemlərinin olduğu deyilir.

- Ciddi maliyyə problemləri deyildi. Maaş gecikməsi olurdu. Düzdür, bəzi klublarda tam ödəniş olmur. Dəfələrlə azərbaycanlı futbolçuların da başına gəldiyini eşitmişəm. Demək olar ki, mövsüm boyu maaş almayıblar. Son bir neçə ay üçün klubun bizə borcu var. Yəqin ki, bununla bağlı müraciət olunacaq.

- Ümumiyyətlə, “Tuzlaspor”da mövsümün əvvəlində qarşıya hansı hədəflər qoyulmuşdu?

- Komanda haqqında ətraflı məlumatım yox idi. Amma müəyyən informasiyalar öyrənmişdim. Mənim üçün ölkə xaricində oynamaq baxımından yeni macəra, addım idi. Açığı, mənim üçün komandanın mövqeyi vacib deyildi. Pis başa düşülməsin, Türkiyənin I Liqası Azərbaycan Premyer Liqasından heç də geri qalmır. Hətta bəzi cəhətlərdə üstündür. Səviyyə baxımından geri qalmırlar.

- Klubun şəraiti, infrastrukturu necə idi? Siz harda yaşayırdınız?

- Sancaktəpədə yerləşmişdik. Klubun oyunları keçirdiyi stadionun yaxınlığıda kirayə tutdğum evdə qalırdım. Bütün xərclər “Tuzlaspor” tərəfindən qarşılanırdı. Düzdür, komanda Tuzlanı təmsil edir. Amma şəhərdəki stadion süni örtüklü olduğuna görə oyun keçirməyə icazə verilmirdi. Bu səbəbdən Sancaktəpədəki stadionu kirayə götürmüşdülər. Həm məşqlərimizi, həm də oyunlarımızı orada keçirirdik.

- “Tuzlaspor”dakı çıxışınızı necə dəyərləndirirsiniz?

- Hər halda, uğurlu alındığını düşünürəm. Bəzən zədələr oynamağıma mane oldu. Daha çox oynaya bilərdim. Buna baxmayaraq, 20 matçda meydana çıxdım, 1 qol və 1 məhsuldar ötürmə müəllifi oldu. Tanımadığım liqa idi, komandaya uyğunlaşmaq üçün vaxta ehtiyac olur. İlk 4 oyunda meydana çıxmadım. Sonra oynamağa başladım, uyğunlaşma prosesi təxminən 1 ay çəkdi.

- Karyeranızla bağlı planlarınız necədir? Azərbaycanda oynamaq, yoxsa yenidən legioner həyatı yaşamaq istəyirsiniz?

- Hələ ki, qərar verməmişəm. Həm bizim çempionatda, həm də Türkiyədə mövsüm bitməyib. Onlarda pley-off oyunları başlayıb. "Transfer pəncərəsi" də açılmayıb. Dincəlirəm, ailəmlə vaxt keçirməyə çalışıram. Hər şey təkliflərdən asılı olacaq. Menecerlərlə əlaqə saxlayıram.

- Təkliflər var?

- Həm Azərbaycandan, həm də Türkiyədən maraqlananlar var. Amma klubların adlarını çəkmək istəmirəm. Yəqin ki, bir neçə həftədən sonra məlum olacaq. Hazırda gözləmə mövqeyindəyəm.

- Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələriniz necədir?

- Ümumilikdə çox böyük dəyişiklik hiss olunmur. “Qarabağ” çempionluğu vaxtından əvvəl təmin etdi. Düzdür, bu, “Qarabağ” üçün əladır. Amma Azərbaycan futbolu üçün dörd-beş həftə əvvəldən qazanılan çempionluq maraq doğurmya bilər. Digər yerlər uğrunda gedən mübarizə həqiqətən maraqlıdır. Oyunları izləyirdim, son tur olmasına baxmayaraq, intriqa qalıb. Komandalar xal baxımından bir-birilərinə çox yaxındırlar.

- Son turla bağlı proqnozlarınız necədir?

- Bəlkə də ikinci yerin taleyi “Neftçi” və “Sabah” matçından asılı olacaq. Amma “Zirə” və “Sumqayıt” da var.

- Azərbaycan millisinin baş məşqçi postu da boşdur…

- Futbolçu kimi bu haqda nəsə deməyim düzgün olmaz. Qərar verən insalar var. Bizim vəzifəmiz odur ki, millidə canla-başla oynayaq.

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqası: İlin son hakim təyinatları açıqlanıb

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
"Sabah"ın baş məşqçisi Azərbaycan və Rusiya millilərinin üz-üzə gəlməsini istəyir

"Sabah"ın baş məşqçisi Azərbaycan və Rusiya millilərinin üz-üzə gəlməsini istəyir

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb