Azərbaycan badmintonçularının Paris-2024-ə son hazırlıq planı müəyyənləşib

Azərbaycan badmintonçularının Paris-2024-ə son hazırlıq planı müəyyənləşib

Paris-2024-ə uyğunlaşmaq üçün yarışa bir ay qalmış badmintonçuları Avropaya aparacağıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi Paris-2024-ə son hazırlıq planı haqqında danışarkən deyib.

M.Validarvi son bir ildəki hazırlıq müddətində badmintonçulardan razı qaldığını deyib: “Paris-2024-ə hazırlıqlara keçən il mayın 1-də başlayıb, bu il aprelin 28-də bitirmişik. Eddi Reski Dviçayo 26 000 xalla 28-ci, Keişa Fatimə Zəhra isə 25 000 xalla 31-ci oldu. Bu müddət ərzində Reski 5, Fatimə isə 6 medal qazanıb. Aprelin 14-də son yarışımız “Europe Continental”ın fərdi yarışlarında yaxşı nəticələr əldə etdik. Dviçayonun medal qazanmasına bir addım qalmışdı. O və Fatimə keçən il Avropa çempionatında öz qruplarında birinci oldular. Medal qazanmaq üçün 2 xalımız çatmadı. Halbuki Fatimə Azərbaycana ilk fəxri medalını gətirə bilərdi. Bütün bunlara əsasən olimpiadaya hazırlıqları yaxşı keçirdiyimizi deyə bilərəm”.

O, Paris-2024-ə bir ay qalmış badmintonçuların Avropada hazırlıq keçəcəklərini vurğulayıb: “Paris-2024-ə növbəti hazırlıq mərhələsi olacaq. İki yarışa qatılacağıq. Onlardan biri Malayziya və İndoneziyada, digəri Avropada olacaq. Mümkündür ki, Belçika və ya Danimarkada yarışlara qatılaq. Asiyadakı yarışda texniki-taktiki və fiziki durumu qaydasına salmalıyıq. Paris-2024-ə uyğunlaşmaq üçün yarışa bir ay qalmış badmintonçuları Avropaya aparacağıq. İlk yarışımız “Tayland Super Series 500”, daha sonra “Malaysia Super Series 500” olacaq. Yüksək səviyyəli yarışlardır. Ardınca “Turkish Speaking Language”də iştirak edəcəyik. Son yarışımız Fransanın Nant şəhərində olacaq. Bu, Paris-2024-ə uyğunlaşmağa hesablanıb. Starta bir ay qalmış bütün hazırlıqları Avropada keçirməyi düşünürük. Ola bilsin, güclü rəqib tapsaq, Bakıya da dəvət edərik”.

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub