Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.

17:35

Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib. 

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb. 

16:16

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb