Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Boks Mərkəzində təşkil olunan tədbirə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirli, iştirakçı komandaların məşqçiləri, hakimlər, idmançılar və digər rəsmi şəxslər qatılıb.

İlk olaraq komandalar arenaya dəvət olunublar. Daha sonra Vətən Müharibəsi şəhidlərinin övladları Azərbaycanın tanınmış boksçuları ilə birlikdə rinqə çıxıblar.

Dövlət Himninin səsləndirilməsindən sonra şəhid övladlarına hədiyyələr verilib və onlarla xatirə fotosu çəkdirilib.

Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Vüsal Nəsirli ölkədə idmanın bütün növlərində olduğu kimi, boksa da xüsusi diqqət ayrıldığını bildirib. Federasiya rəsmisi Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etdiyini xatırladıb:

"Bu çempionat əvvəlkilərdən fərqlənəcək. Bu dəfə yarışa daha çox komanda və boksçu qatılıb. Ümid edirəm ki, yığma komandamız Paris-2024-də ölkəmizə ilk olimpiya qızılını qazandıracaq. Güclü qalib gəlsin. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin".

Son olaraq hakimlərin andiçmə mərasimi baş tutub və Azərbaycan çempionatı açıq elan olunub.

Qeyd edək ki, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qatılıb.

Bu gün start götürən yarışda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəni təmsil edəcəklər.

Turnirin baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri, İBA-nın 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsinə malik türkiyəli Yaşar Çinar, Rəcəb İtməz, Özbəkistandan olan Aleksandr Hamidov və Qəhrəman Kazımov da idarə edəcək.

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib