"Səbail"in fransalı futbolçusu: Azərbaycan yaşamaq üçün əla ölkədir - MÜSAHİBƏ

"Səbail"in fransalı futbolçusu: Azərbaycan yaşamaq üçün əla ölkədir - MÜSAHİBƏ

"Səbail"in Madaqaskar əsilli fransalı futbolçusu Aleksandr Ramalinqom "QELEBE.AZ"a müsahibə verib. 31 yaşlı futbolçu Azərbaycan çempionatı, bombardirlik yarışı və digər maraqlı məqamlarla bağlı danışıb.

- Azərbaycan Premyer Liqasının XXXIII turunda turnir cədvəlində sonuncu olan “Qəbələ”yə uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Həftə ərzində bütün diqqətimizi bu oyuna yönəlmişdik, kollektiv olaraq qələbə qazanmaq istəyirdik. Əslində görüşə də pis başlamadıq, hesabı açan tərəf idik. Təəssüf ki, qarşılaşmanın axarı istədiyimiz kimi getmədi. “Qəbələ” də oyunu yaxşı keçirdi. Amma bu, futboldur. Növbəti görüşlərdə daha yaxşı çıxış etməyə çalışacağıq.

- Həmin görüşdən sonra keçirilən mətbuat konfransında baş məşqçi Şahin Diniyev avrokubok şanslarınızın bitdiyini söylədi. Bu fikirə münasibətiniz necədir?

- Mövsümün gedişində turnir cədvəlində yer aldığımız mövqe imkan verirdi ki, ən azı Konfrans Liqasına vəsiqə qazanacaq. Bu gün isə reallıq başqadır. Təəssüf ki, istədiyimiz sonluğa çata bilmədik. Yaxşı kollektivimiz var, gələcəkdə avrokuboklara ümid etmək olar.

- Cari mövsüm 14 qolla bombardirlər yarışında ikincisiniz. İlk pillədə yer alan "Qarabağ"ın forvardı Juninyonu (17 qol) keçə biləcəyinizə inanırsınız?

- Əsas məqsədim vurduğum qollarla komandama kömək etməkdir. Bombardirlik haqqında düşünmürəm. Komandamın qələbə qazanması daha vacibdir. Vurduğum 14 qol “Səbail”in qazandığı qələbələrə töhfə veribsə, bu yalnız məni sevindirə bilər.

- Cari mövsümün sonunda “Səbail”lə müqavilənizin müddəti başa çatır. Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

Gələcək barədə danışmaq bir az tezdir. Çünki qarşıda daha 3 oyunumuz var. Bu qarşılaşmalardan maksimum nəticə ilə ayrılıb, mövsümü bacardığımız qədər üst pillələrdə bitirmək istəyirik. Komanda olaraq qarşıdakı görüşlərə köklənmişik. Qeyd etməliyəm ki, burada özümü xoşbəxt hiss edirəm.

- Belçika və Fransa çempionatlarında çıxış etmisiniz. Premyer Liqanı bu ölkələrin çempionatlarından nə ilə fərqləndirərdiniz?

- Adını çəkdiyiniz ölkələrin çempionatları həqiqətən maraqlı məcrada keçir. Amma Azərbaycan çempionatı da özündən söz etdirməyi bacarıb. Burada güclü klublar və futbolçular var.

- Bir ildir ki, Azərbaycanda yaşayırsınız. Bakıya uyğunlaşmaq çətin olmadı?

- “Səbail”də yaxşı kollektiv var, darıxmıram. Qısa müddətdə bura uyğunlaşdım. Azərbaycan yaşamaq üçün əla ölkədir. Heç bir çətinliyimiz yoxdur. Burada insanlar bir-birinə kömək etməyi sevirlər. Ölkənizdə olduğum üçün xoşbəxtəm. Ümumiyyətlə, mən yeni mədəniyyətlər kəşv etməyi sevirəm.

- Fransada yaşayan dostlarınız və ya qohumlarınız “Səbail” haqqında nə bilirlər?

- Dediyim kimi, ümumi götürsək, ölkəniz barədə müsbət fikirdəyəm. Artıq alışmışam, yeməklərini də bəyənirəm. Yaxınlarımla daim əlaqədəyəm. Bəzən olur ki, onlar da bura gəlirlər, oyunlarımı yaxından izləyirlər.

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq