AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 8500 manat cərimələyib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 8500 manat cərimələyib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 8500 manat cərimələyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt”la oyununda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Gəncə klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.

Oyununun 90+6-cı dəqiqəsində “Kəpəz”in digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3000 manat cərimələnib. Bundan başqa, komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyi üçün 1000 manat ödəyəcək.

İntizam Komitəsi “Sumqayıt”ı da cərimələyib. Buna matçın 90+6-cı dəqiqəsində Vüqar Mustafayevin ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. Futbolçu 1 oyun cəzalanıbsa, klubunu 500 manat ziyana salıb.

Futbol
Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın edib

Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın edib

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub