“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

“Andre Villaş-Boaş “Portu”nun yeni prezidentidir. <...> 26 876 üzv qurumun 32-ci rəhbərini seçib”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.

46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın “Marsel”i olub. Daha öncə o, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay Port”, və “Akademika”nın sükanı arxasında olub.

Qeyd edək ki, hazırda “Portu” 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider “Sportinq”dən 18 xal geri qalır.

Növbəti turda “Portu” “Sportinq”lə qarşılaşacaq. Oyun bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.

Futbol
Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Futbol
La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub