Beş oyunluq cəzalandırılan “Qəbələ” rəsmisi: Hakimi təhqir etməmişəm

Beş oyunluq cəzalandırılan “Qəbələ” rəsmisi: Hakimi təhqir etməmişəm

AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasının XXX turunda “Turan Tovuz”la oyunda hakimi təhqir etməyib.

Klub rəsmisi “QELEBE.AZ”a açıqlamasında qarşılaşmanın fasiləsində baş hakim Rauf Cabarova narazılığını normal şəkildə bildirdiyini söyləyib: “Heç bir təhqiramiz ifadə işlətməmişəm. Birinci hissədən sonra Rauf Cabarovun idarəçiliyindən narazı qaldığımı bildirmək istəmişəm. Hətta sözləri seçərək demişdim ki, təhqirə yol verməyim. Adım protokolda olmasa da, referi mənə qırmızı vərəqə göstərdi. Yəni mənə qırmızı vərəqə verməyə ixtiyarı yox idi”.

O, hadisə ilə bağlı AFFA-ya müraciət etdiyini də vurğulayıb: “AFFA İntizam Komitəsinə və Hakimlər Komitəsinə müraciət etmişəm. Çünki təhqir olmayıb, işlətdiyim cümlə də yadımdadır. Obyektiv araşdırılmasını xahiş etmişəm. Qərardan apellyasiya şikayəti də verəcəyik. Təhqir etmədiyim üçün Rauf Cabarovun protokola bu cür yazmasından çox narazıyam. Hakimi söyən yaşım deyil. Bunu imicimə xələl gətirən hal kimi qiymətləndirirəm. Haqlı olduğumu sübut etmək üçün lazımi addımları atacağam”.

Səbuhi Səfiyarlı öz meydanlarında 1:2 hesabı ilə məğlub olduqları görüşün ilk hissəsində referinin iki kobud səhvə yol verdiyini düşünür: “Birinci hissədə qapımıza təyin edilən penalti qərarından narazı idik. Çünki qərar doğru deyildi. 42-ci dəqiqədə isə topun Şəhriyar Əliyevin əlinə dəydiyi epizod var idi. Ən azı VAR-a baxmaq olardı. Çünki bizim fikrimizcə, penalti verilməli idi”.

Qeyd edək ki, Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin edilib.

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Futbol
"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub