Elxan Məmmədov: Avropa klubları "Qarabağ"la qarşılaşmaqdan qorxurlar

Elxan Məmmədov: Avropa klubları "Qarabağ"la qarşılaşmaqdan qorxurlar

Avropa klubları "Qarabağ"la qarşılaşmaqdan qorxurlar.

"Report"un məlumatına görə, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın növbəti Konfransında deyib.

E.Məmmədov Ağdam klubunun Avropa arenasındakı uğurlarından bəhs edib: "Futbol ictimaiyyəti "Qarabağ"dan danışır. Əvvəllər Avropa klubları "Qarabağ"la qarşılaşmaq istəyirdilər. Ancaq indi püşkatma zamanı bundan çəkinirlər. Daha əvvəllər "Neftçi" və "Qəbələ" də avrokubokların qruplarında yer alıblar. Təəssüf ki, millimiz bizi hələ də sevindirmir. Ancaq bu inkişaf davam etdikcə, yığmamızın da uğur qazanacağına inanıram".

O, AFFA prezidenti Rövnəq Abdullayevlə birgə çalışdığı üçün böyük fəxr hissi keçirdiyini bildirib: "15 il ərzində birlikdə burada işləmişik. Əvvəllər qarşınızda çıxış edəndə hazırlaşırdım. Ancaq bu dəfə düşündüm ki, hazırlaşmayacağam, ürəyimdən keçənləri deyəcəm. Hörmətli Rövnəq müəllim, 15 il ərzində sizin kimi rəhbərlə çalışmaq mənim üçün şərəfdir. Bu müddətdə öz biliyinizi, təcrübənizi əməkdaşlarla bölüşdünüz. Sizinlə işləmək təcrübəsi beynəlxalq karyeramda böyük kömək olur. Əslində sizin futbol fəaliyyətiniz 20 ildir. Çünki 2004-cü ildə "Neftçi"də fəaliyyətə başladınız. 16 il ərzində Azərbaycan futbolu üçün miras yaratdınız".

Elxan Məmmədov 16 ildə Bakıda çoxsaylı stadionlar inşa olunduğunu vurğulayıb: "2008-ci ildə Bakıda cəmi 2 stadion mövcud idi. Ancaq geridə qalan illərdə çox sayda arenalar inşa olundu. Hazırda da bu meydanların hamısından istifadə olunur. Xarici ölkələrə gedəndə müqayisələr aparıram. AFFA-nın yaratdığı tədris sistemi də çox önəmli idi. UEFA ilə birlikdə məşqçi kursları yaradıldı. Hazırda fəaliyyət göstərən mütəxəssislər həmin sistemdən çıxıblar. İdarəçilik də vacibdir. Bu gün Azərbaycanda futbol menecerləri yetişir. AFFA-nın daxilində, klublarda menecerlər yüksək səviyyədə çalışırlar. Ancaq ən vacibi futbol mütəxəssislərinin yanımızda olmasına ehtiyacımız var. Onların təcrübəsindən yararlanmalıyıq".

O, Peşəkar Futbol Liqasının rəhbərliyinə də təşəkkürünü bildirib: "Təəssüf ki, Elxan Səmədov və Aslan Şahgəldiyev hazırda bizimlə deyillər. İnanıram ki, hər ikisi yaxın gələcəkdə yenidən bizimlə birlikdə olacaqlar".

Elxan Məmmədov AFFA-nın yeni rəhbəriyinə də uğurlar arzulayıb: "FIFA olaraq bundan sonra da dəstəyimizi davam etdirəcəyik".

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub