Elçin İsmayılov: Cüdoçularımız bizi sevindirdilər, yalnız finalda uduzduqları üçün məyus olduq

Elçin İsmayılov: Cüdoçularımız bizi sevindirdilər, yalnız finalda uduzduqları üçün məyus olduq

İdmançılarımız bizi sevindirdilər. Yalnız finalda uduzduqları üçün məyus olduq, çempionluq şansları var idi.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan cüdo millisinin böyük məşqçisi Elçin İsmayılov Rəşid Məmmədəliyev (73 kq) və Vüqar Talıbovun Antalya şəhərində keçirilmiş "Böyük Dəbilqə"də gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Mütəxəssis Türkiyədəki yarışın yüksək səviyyədə təşkil edildiyini bildirib: "Olimpiya çempionları da burada iştirak edirdilər. Rəşid öndə olduğu görüşdə məğlubiyyətlə üzləşdi. Ani bir səhv nəticəyə təsir etdi. Vüqar Talıbovda da eyni hal yaşandı. Vazari xalı ilə irəlidə olanda rəqibin dizi onun başına dəydi. Zərbə aldıqdan sonra güləşi tam dəyişdi. Sonra özünü toparlaya bilmədi".

İsmayılov Uşanqi Kokaurinin (+100 kq) də çıxışına toxunub: "O, ötən həftə Gürcüstanda gümüş medal əldə etmişdi. Bəlkə də yarışların ardıcıl olması çıxışlarına təsir edib. Amma məşqləri yaxşı və davamlıdır. Uşanqinin məğlub olduğu Erik Abramov (Almaniya) fransalı Teddi Rinerə uduzdu və üçüncü yer uğrunda qalib gələrək bürünc medala sahib çıxdı. Zəif cüdoçu deyil. Uşanqinin və Camal Qamzatxanovun (+100 kq) səhvlərinin üzərində işləyəcəyik".

Böyük məşqçi 90 kq-da Vüqar Talıbov, Elcan Hacıyev və Murad Fətiyevin Yay Olimpiya Oyunlarına getmək şanslarının olduğunu diqqətə çatdırıb: "Vüqar Antalyada kubalı dünya mükafatçısı İvan Felipe Silvaya qalib gəldi. Olimpiadaya qədər hələ vaxtımız var. Hər üçünün şansının davam etməsi yaxşı rəqabətdən xəbər verir".

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"