Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub.

"QELEBE.AZ" xəbər verir ki, iki gün davam edəcək konqres “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edir.

Bu gün Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlarının təqdimetmə mərasimi də keçirilib. Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Filip Üzyo çıxış ediblər. Ardınca qurumun müxtəlif nominasiyalar üzrə qala mükafatlarının təqdimatı olub.

Tədbirdə AƏOH tərəfindən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev uğurlu əməkdaşlığın yaradılmasına görə AƏOH-un mükafat və diplomlarına layiq görülüblər. Daha sonra Azərbaycan Badminton Federasiyası AƏOH-un nominantları sırasında yer alaraq “Ədalətli oyun ruhu” mükafatı ilə təltif edilib.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 5 nominasiya üzrə mükafatları da verilib. Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Aysel Sultanova “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Arzu Acalova (cüdo) “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Aleksandr Tarakanov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Gövhər Beydullayeva (şahmat) “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılıblar.

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub