Azərbaycan millisinin rəhbəri: “Hədəfimiz Avropa çempionu olmaqdır”

Azərbaycan millisinin rəhbəri: “Hədəfimiz Avropa çempionu olmaqdır”

“Hədəfimiz Avropa çempionu olmaqdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında amputasiya olunmuş şəxslərdən ibarət futbol üzrə millinin rəhbəri Elnur Sadıqov deyib.

O, yığmanın 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib. Komandanın rəhbəri qitə birinciliyinə böyük ümidlərlə yollanacaqlarını söyləyib: “Yeganə məqsədimiz qatıldığımız bütün turnirlərdə birinci yeri tutmaq, Azərbaycanın bayrağını, adını ucaltmaqdır. Millətlər Liqasına bu düşüncə ilə yollanmışdıq. Avropa çempionatına da tam gücümüzlə hazırlaşacağıq. Bunu bacarsaq, dünya çempionatına yolumuz açılacaq”.

E.Sadıqov Millətlər Liqasının D divizionunda ikinci yeri tutmalarını böyük uğur adlandırıb: “Komandamızın əsası Qarabağ qazilərindən təşkil olunub. Bu səbəbdən bizdə Vətənə, bayrağa sevgi ilk növbədə gəlir. Bunu uşaqların gecə-gündüz çalışmalarından gördüm. Stadionla, məşq keçməklə bağlı sıxıntılar çəksək də, Millətlər Liqasında uğurlu oyunlar keçirdik. Qarabağda olduğu kimi, yaşıl meydançalarda da can qoymağa çalışdıq”.

Millinin rəhbəri yarışın qalibi ola bilməmələrini haqsızlıqla üzləşmələri ilə əlaqələndirib: “Millətlər Liqasında birinci yeri tutmağımıza imkan vermədilər. Niderlandla oyundan əvvəl Dövlət Himni sona qədər səsləndirilmədi. Bu, uşaqlara psixoloji təsir göstərdi. Bəzi ölkələrdə Azərbaycanın uğurlarına hələ də paxıllıq edirlər. Niderlandın kuboku qazanması qurulmuş bir plan idi. Matç başlayan kimi heç nədən qapımıza penalti təyin olundu. Ardından ikinci dəfə əleyhimizə penalti verildi və oyunçumuz qırmızı vərəqə aldı. Meydanda azlıqda qalanda isə güclü rəqiblə mübarizə aparmaq çətin olur”.

O, AFFA və ANAMA rəhbərliyinə də təşəkkür etməyi unutmayıb: “Millətlər Liqasına hazırlaşmağımızın, turnirə getməyimizin əsas səbəbkarlarından biri AFFA olub. Bizə verilən dəstəyə görə baş katib Sərxan Hacıyevə və AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bütün texniki avadanlıqlarla bizi təmin etdilər. Hətta Şotlandiyada da AFFA nümayəndəsi bizə kömək göstərdi. Bu sözlər ANAMA-ya da şamil edilir. Bu iki qurumun dəstəyi olmasaydı, Millətlər Liqasında iştirakımız çətinləşərdi. Sərxan Hacıyev hətta Avropa Amputant Futbol Federasiyasının prezidenti ilə bununla bağlı danışmışdı. Çünki turnirdə iştirakımız sual altında idi. Sərxan müəllimin danışıqları sayəsində Millətlər Liqasına qatıldıq”.

Qeyd edək ki, millimiz Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasının D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo ilə mübarizə aparıb. Avropa çempionatında isə 16 komanda çıxış edəcək.

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

Futbol
"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"