Fransada oynamış futbolçu: "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır"
"Məncə, hər iki komanda üçün yaxşı oyundur".
Bunu "Zirə"nin futbolçusu Adileu Moiz "QELEBE.AZ"a müsahibəsində "Qarabağ"ın Bakıda Fransanın "Nant" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun II tur matçı barədə danışarkən deyib.
Vaxtilə Fransada "Valensiyen", "Pau" və "Vitre" komandalarının şərəfini qorumuş 27 yaşlı beninli müdafiəçi Liqa təmsilçisinin sürətli və güclü futbolçulara malik olduğunu bildirib: "Qarabağ"a çətin olacaq. Çünki 3 gündən bir oyun keçirirlər. Buna baxmayaraq, Azərbaycan çempionunun güclü rəqiblə mübarizəyə tam hazırdır".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.
Adileu Moizin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

https://qelebe.az//uploads/photo/fransada-oynamish-futbolchu-qarabag-guclu-reqible-mubarizeye-tam-hazirdir.webp











