Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

"Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis birinci hissədən razı qaldığını bildirib: "İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə gücümüz çatmadı. Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular".

O, iki oyunçunun zədələndiyini söyləyib: "Eduardo Borges oyunu davam etdirə bilmədi. Everton Kardoso isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədəsi var".

Alesio bu oyunun Polşa və Yunanıstanla matçlara hazırlıq baxımından yaxşı sınaq olduğunu əlavə edib.

Qeyd edək ki, Qazaxıstan və Azərbaycan yığmaları arasında ikinci oyun sentyabrın 20-də keçiriləcək.

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub