Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Qubada bədii gimnastika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, 28-ci Azərbaycan birinciliyinin açılış mərasiminə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, “Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıblar.

İki gün keçirilən yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparacaq.

Keçirilən yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) olmaqla 3 yaş kateqoriyasında yarışacaqlar.

Birincilikdə qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşdikdən sonra onlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu illər, eləcə də 2013-2015-ci illər təvəllüdlü gimnastlar da qoşulacaqlar.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "Report"un yerli bürosuna bildirib ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb.

Qeyd edək ki, qalib iştirakçıların mükafatlandırırması mərasimi yarışların ikinci günü keçiriləcək.

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb