“Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
“Çorum” heyətini Yussufa Moukoko ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Türkiyə klubu 21 yaşlı hücumçunun transferi ilə bağlı “Kopenhagen”lə razılıq əldə edib. Moukoko da keçidə razılıq verib və tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.
Beləliklə, bir vaxtlar Dortmund “Borussiya”sının ən perspektivli futbolçularından sayılan almaniyalı hücumçu karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Qeyd edək ki, Moukoko 2025-ci ilin yayında Dortmund “Borussiya”sından “Kopenhagen”ə keçib və Danimarka klubu ilə 2030-cu ilədək müqavilə imzalayıb. O, “Kopenhagen”in heyətində indiyədək 46 rəsmi matçda 18 qol vurub.

https://qelebe.az//uploads/photo/chorumdan-ses-kuylu-transfer-moukoko-turkiyeye-gelir.webp