Türkiyə millisinin üzvü “Qalatasaray”da – Dəniz Gül İstanbula gəlir

Türkiyə millisinin üzvü “Qalatasaray”da – Dəniz Gül İstanbula gəlir

“Qalatasaray” “Portu”nun hücumçusu Dəniz Gülün transferi ilə bağlı razılıq əldə edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək.

Türkiyə millisinin üzvü bu gün tibbi müayinədən keçmək və transferi rəsmiləşdirmək üçün İstanbula gələcək.

Razılaşmaya əsasən, Dəniz Gül “Qalatasaray”da illik 1,5 milyon avro maaş alacaq.

Qeyd edək ki, İsveçdə doğulan hücumçu daha əvvəl “Hammarbi”də çıxış edib, 2024-cü ildə isə “Portu”ya transfer olunub.

Dəniz Gül hazırda Türkiyə millisinin də üzvüdür.

2025/26 mövsümündə “Portu”nun heyətində bütün turnirlər üzrə 44 oyuna çıxan Dəniz Gül 7 qol vurub və 1 məhsuldar ötürmə edib.