Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

"Bu il məqsədim "Karate Kombat" üzrə addımlamaqdır. Aprel və ya mayda ABŞ idmançısı Coşua Kvayhagen ilə döyüşdə kəməri qorumalıyam".

"Report"un məlumatına görə, bunu Azərbaycanın və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev "gabalafc.az" saytına müsahibəsində cari ildəki hədəfləri barədə danışarkən deyib.

5 qat dünya və 11 qat Avropa çempionu bildirib ki, Kvayhagenlə qarşılaşma hərəsi üç dəqiqə davam edən 5 raunddan ibarət olacaq: "Həmin döyüşə hazırlaşacağam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel ya mayda döyüşə qatılacağam".

Titullu idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busa ilə yenidən döyüşmək istədiyini söyləyib: "Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq istəyirəm".

Gələcək planlarından da söz açan Ağayev məşqçiliyin asan olmadığını vurğulayıb: "Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur. İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni edəcəyəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacağam".

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb