Lənkəranda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib

Lənkəranda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib

Lənkəranda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.

“QELEBE.AZ”un Cənub bürosunun məlumatına görə, bu, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca altıncı idman zonasıdır.

Şəhərin akademik Zərifə Əliyeva küçəsində, 2-ci mikrorayon yaşayış massivində yaradılan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Yaradılan şərait sakinlərin böyük sevincinə səbəb olub.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, idman səfirləri Zaur Paşayev, Aliyə Paşayeva, tanınmış futbolçular Kamran Ağayev, Ruslan Abışov və şəhər sakinləri iştirak ediblər.
Ayrı-ayrı idman növləri üzrə yeniyetmə idmançılar öz məharətlərini göstəriblər. Tanınmış idmançıların uşaqlarla birgə ünsiyyəti, nazir Fərid Qayıbovun yarışlarda yüksək nəticə göstərən idmançılarla şəxsi söhbət və tövsiyələri idmançıların daha da həvəslənməsinə hədəflənib.
Gənclər və idman naziri "Sağlam məhəllə” idman zonalarının yaradılması layihəsinin ölkə başçısının tapşırığına əsasən həyata keçirildiyini və insanların sağlamlığı, idmanın kütləviliyinə yönələn bir layihə olduğunu qeyd edib: “Bildiyiniz kimi, binalarda çox sayda insanlar yaşayır. Bu səbəbdən məhəllədə uşaqların sayı da çoxdur. Bu, ölkə başçısının tapşırığına əsasən həyata keçirilən layihədir. Çox sevinirik ki, bizə çoxlu dəstək olurlar. Keçmiş idmançılarımız, idman səfirlərimiz bizə dəstək üçün buradadırlar. Dəstəyə görə Lənkəran İcra Hakimiyyətinə də təşəkkür edirəm. Çalışırıq ki, belə layihələrin sayı çox olsun. Müxtəlif iş adamlarını dəvət edirəm, bu nümunəni götürüb məhəllələrdə sakinlər üçün belə layihələr həyata keçirsinlər. Bu 6-cı sağlam məhəllədir. Növbəti həftələrdə Ağstafa rayonunda da belə bir meydança yaradılacaq. Məhəllə sakinlərindən bunu qorumalarını xahiş edirik.”

Fərdi
Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Fərdi
"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib