Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Azərbaycanlı kikboksçu Alim Nəbiyev peşəkar rinqdə 60-cı döyüşünü qələbə ilə başa vurub.

"QELEBE.AZ"un məlumatına görə, "Professor" ləqəbli Nəbiyev 77 kq çəki dərəcəsində rumıniyalı Andrey Ostrovanunu məğlubiyyətə uğradıb. O, sonuncu raundda rəqibini nokauta salıb. Bu, onun karyerasında 53-cü qələbəsi olub.

Bundan başqa, ən ağır çəkili idmançıların döyüşündə (+100 kq) türkiyəli Buğra Ərdoğan Kiril Bulerdən (Almaniya) üstün olub. Rusiya təmsilçisi Seyfulla Xambaxadov (72,5 kq) Konqo əsilli Kristian Bayanı nokauta salıb.

22:15

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qələbə qazanıb.

"QELEBE.AZ"un xəbərinə görə, Ruslan Nağıyev (72,5 kq) Dmitri Filonçiki məğlub edib.

Bu çəkidə keçirilən digər döyüşdə Andrey Kedveş (Xorvatiya) Besmir Helşanidən (Albaniya) üstün olub.

21:35

Gürcüstanı təmsil edən azərbaycanlı kikboksçu Emil Xəlilov Zabit Səmədovun vida döyüş gecəsində görüşünü qələbə ilə başa vurub.

"QELEBE.AZ"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Xəlilov Nuri Kacarı (Türkiyə) nokauta salıb. Hər iki idmançıya medal verilib. Azərbaycan idmançısı təmsil etdiyi Gürcüstanın bayrağı ilə dövrə vurub.

Bundan başqa, yeganə qadın döyüşündə Niderland təmsilçisi Nikita Kosterman (65 kq) qalib gəlib. O da türkiyəli Kübra Aksoyu məğlub edib.

20:07

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

"QELEBE.AZ"un məlumatına görə, 70 kq-da çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

19:39

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 00:00-da başlayacağı gözlənilir.

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub