Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq
Rusiya və Belarus sakinləri 2023-cü ildə ABŞ-ın Boston şəhərində keçiriləcək marafona buraxılmayacaq.
"QELEBE.AZ" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Rusiya və Belarusda daimi sakin olmayan ruslar və belaruslar 127-ci Boston marafonuna qatıla biləcək.
Lakin onlar heç bir ölkənin bayrağı altında yarışmayacaqlar.
Qeyd edək ki, Boston marafonu 2023-cü il aprelin 17-də olacaq.

https://qelebe.az//uploads/photo/rusiya-ve-belarus-sakinleri-absh-daki-marafona-buraxilmayacaq.webp











