Raymond Debeveç: "Bakı əvəzedilməzdir"

Raymond Debeveç: "Bakı əvəzedilməzdir"

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında 300 metr məsafəyə uzanaraq atəş açma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç 3-cü dəfə dünya çempionu olub.

O, mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib.

1977-ci ildən atıcılıqla məşğul olan təcrübəli atlet mükafatlandırma mərasimindən sonra "Report"un suallarını cavablandırıb.

- 60 yaşında növbəti dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Xoşbəxtəm, bu, mənim indiyədək dünya çempionatlarında qazandığım üçüncü qızıl medaldır. Olimpiya Oyunlarında isə 3 medalım var. Bir qızıl və iki bürünc. Mən bu yaşda uğur qazanmaqla bütün dünyaya göstərdim ki, atıcılıq idman növündə yaş məhdudiyyəti yoxdur. Bakı Atıcılıq Mərkəzindəki şərait də gözəldir. Bəzi hallarda küləyə görə qeyri-bərabər şərait yaranır. Amma bu gün ədalətli oldu. İşıqlandırma sistemi çox əladır. Yüngül külək əsirdi. Amma atış zamanı bizə mane olmadı. Yekun nəticəyə görə çox xoşbəxtəm.

- Sizin çempionluğunuz təcrübəniz sayəsində oldu, yoxsa gənclər yaxşı ata bilmir?

- Fikir verdisinizsə, bir xal fərqlə çempion oldum. Medal qazanan rəqiblərimin 29 yaşı var idi. Onlar da yaxşı atıcıdırlar. Bu uğurumda biraz da bəxtin və şansın rolu oldu. Ona görə çempion oldum.

- Bu uğuru dünya rekordunu təkrarlamaqla bəzədiniz...

- Təbii ki, bu rekord qırıla bilməz. Maksimum göstəricidir. Mən bu rekordu sadəcə təkrarladım.

- Yaşınıza rəğmən, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyirsinizmi?

- Bakıdakı yarışda qeyri-olimpia növlərinə diqqətimi yönəltdim. Parisə lisenziya verən növlərdə mübarizə aparmadım. Belə görünür ki, növbəti olimpiadada da olmayacağam.

- Olimpidaya qatılmamaq istəyiniz nə ilə bağlıdır?

- Yaşımla bağlı məsələdir. Fiziki durumum elə də uzun müddət ayaq üstə dayanmağıma imkan vermir. Bu növdə uzanaraq atəş açırdıq ki, bu, mənim üçün daha əlverişlidir.

- Azərbaycan və Bakı Atıcılıq Mərkəziylə bağlı təəssüratlarınız necədir?

- Azərbaycana üçüncü səfərimdir. İlk dəfə Avropa Oyunlarına gəlmişdim. Daha sonra Avropa çempionatında çıxış etmişdim. Təbii ki, Qəbələ də gözəl yerdir. Amma Bakı əvəzedilməzdir. Atıcı özünü olduğu yerdə yaxşı hiss edirsə, deməli orada hər şey yaxşıdır. Və elə də atəş açır.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək