Bakıda medal qazanan türkiyəli idmançı: "Bizim ürəyimiz Azərbaycanla döyünür"

Bakıda medal qazanan türkiyəli idmançı: "Bizim ürəyimiz Azərbaycanla döyünür"

"Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.

"QELEBE.AZ" xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanmış Türkiyə komandasının üzvü Yusuf Dikeç deyib.

İdmançı finalda məğlub olmalarının səbəbini açıqlayıb. O, Bakı Atıcılıq Mərkəzində güclü azarkeş dəstəyini də hiss etdiklərini vurğulayıb: “Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda, olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik".

O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsindən danışıb: “İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.

Təcrübəli atıcı Azərbaycanın dünya çemıpionatını yüksək səviyyədə keçirdiyini və belə yüksək səviyyədə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb: “Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik. Turnir də çox gözəl təşkil olunub. Nə poliqon, nə məşq meydançaları, nə də otel sarıdan heç bir problem var. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, onlardan biridir. Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir. İnşallah, növbəti illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gəncləri üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

Hindistanlı kişi atıcı Şiva Narval qızıl medalı çətinliklə qazandıqlarını söyləyib: “Yarış çox gözəl keçir. Burdakı həmkarlarımdan çox şey öyrənirəm. Texniki məsələlər, prosedur qaydalarıyla bağlı biliklərimi yeniləyirəm. Həm də, özümə əminlik yaranır. Açığı, medal qazanmaq mənim üçün o qədər də çətin olmadı. Təbii ki, bunun davamı olacaq. İstəyirəm ki, Olimpiya Oyunlarında bu nəticəni təkrarlayım”.

O, mundiala ev sahibliyi edən Bakı barədə xoş sözlər deyib: “Paytaxtınız çox gözəldir. İnsanları da istiqanlı, mehriban və qonaqpərvərdilər. Burada olmaqdan məmnunam”.

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib