Türkiyəli məşqçi: "Neftçi"nin mərhələ adlaması çətin görünür

Türkiyəli məşqçi: "Neftçi"nin mərhələ adlaması çətin görünür

“İlk oyunu izlədim. Mövsümün əvvəli olduğunu nəzərə alsaq, məncə, hesab normal idi”.

Bunu apasport.az saytına açıqlamasında türkiyəli məşqçi Cüneyt Biçer deyib.

Azərbaycanda "Bakı" və "Xəzər Lənkəran"da baş məşqçi kimi işləmiş mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin "Beşiktaş" - "Neftçi" görüşündən gözləntilərini bildirib. O, Bakıda keçirilmiş və "qara qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçı da dəyərləndirib: “Təbii ki, hər iki komanda uğurlu nəticə qazanmaq istəyərdi. Həm "Beşiktaş", həm də "Neftçi" tam hazır deyil. Ona görə də matçların sonları öndə olan komandanın bir az hesabı qorumaq istəyi, geridə olan komandanın isə hesab arasındakı fərqi azaltmaq istəməsi normaldır. Məncə, İstanbuldakı oyun da maraqlı keçəcək. Amma "Beşiktaş"ın cavab qarşılaşmasında da "Neftçi"yə qalib gələcəyini düşünürəm".

Cüneyt Biçerin sözlərinə görə, Türkiyədəki matçda "Neftçi"nin qalib gəlib mərhələ adlaması çətin görünür: "Əlbəttə, "Beşiktaş" "Neftçi"yə İstanbulda uduzarsa, bu, sürpriz kimi qarşılanar. Ancaq bunun olması çox çətin görünür. Məncə, "Beşiktaş" ikinci görüşdə də "Neftçi"yə qalib gələcək".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də keçiriləcək.

Futbol
Çempionlar Liqasının finalının topu bəlli olub

Çempionlar Liqasının finalının topu bəlli olub

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
Jerar Pike karyerasını başa vurur

Jerar Pike karyerasını başa vurur

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub