Azərbaycanlı futbolçu: “Hələ “Kəpəz”ə keçəndə Türkiyə komandaları ilə danışığım olmuşdu”

Azərbaycanlı futbolçu: “Hələ “Kəpəz”ə keçəndə Türkiyə komandaları ilə danışığım olmuşdu”

“Hələ “Kəpəz”ə keçidim zamanı Türkiyə komandaları ilə danışığım olmuşdu”.

Bunu “Report”a açıqlamasında Türkiyənin “Tuzlaspor” klubunun azərbaycanlı futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

Yay fasiləsində “Sabah”dan ayrılaraq iyulun 25-də “Kəpəz”lə müqavilə bağlayan 30 yaşlı mərkəz müdafiəçisi cəmi 9 gün sonra “Tuzlaspor”a keçməsinin səbəbini izah edib: “Türkiyənin digər klublarından cavab gözlədiyim üçün “Kəpəz”lə müqavilə bağlayanda sərbəst qalma bəndini əlavə etmişdik. Bu şərtlə razılaşdıqları üçün Gəncə klubunun rəhbərliyinə və məşqçi heyətinə təşəkkür edirəm. Əslində, “Kəpəz”də məni yaxşı qarşılamışdılar, hər şey qaydasında idi. Sadəcə, müqavilədə yer alan bənddən yararlanaraq, “Tuzlaspor”un təklifini qəbul etdim. Klub rəhbərliyi və məşqçilər heyəti gedişimi normal qarşıladılar. Çünki əvvəlcədən danışığımız olmuşdu”.

Azərbaycan millisinin üzvü bu keçid zamanı yığmanın seleksiyaçısı İlqar Qurbanovun vasitəçilik etdiyini bildirib: “İlqar Qurbanovun vasitəsilə “Tuzlaspor”dan təklif gəldi. Biz də müzakirə etdikdən sonra razılaşdıq. “Tuzlaspor” rəhbərliyi ilə görüşdən sonra müqavilə bağladıq. Yeni komandamın baş məşqçisi ilə söhbətim olub, buradakı mövqeyim, vəziyyətim barədə danışmışıq”.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə TFF I Liqa təmsilçisi “Tuzlaspor”la 2 illik müqavilə bağlayıb.

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib