Konfrans Liqası: Azərbaycanlı futbolçu Ermənistan klubuna qarşı oyuna start heyətdə başlayacaq
"Eqnatiya" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyada "Ararat-Armenia"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak edəcək.
"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayacaq.
Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. İrəvanda 1:1 hesabı ilə bitən görüşdə Azərbaycan millisinin üzvü ikinci hissədə meydana daxil olmuşdu.

https://qelebe.az//uploads/photo/konfrans-liqasi-azerbaycanli-futbolchu-ermenistan-klubuna-qarshi-oyuna-start-heyetde-bashlayacaq.webp











