Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

“Dina”da çıxış etdiyim vaxt təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək, qal, burada oyna. İmtina etdim, çünki Azərbaycan millisində çıxışımı davam etdirmək istəyirdim”.

“Report” xəbər verir ki, bunu Azərbaycan yığmasının sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsi zamanı 2008-2010-cu illərdə Rusiyanın “Dina” klubunda çıxış etdiyi vaxt aldığı təklif barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis həmin vaxt “Dina”dan ayrılmasının səbəbini də izah edib: “Dina”ya getdiyim vaxt mənimlə bərabər Serbiya millisinin üzvləri Rayiç və Marko Periç də heyətə cəlb olundular. Mövsüm başa çatdıqdan sonra yeni 2 illik müqavilə bağladım. Daha bir mövsüm oynadıqdan sonra qalmaq istəmədim. Çünki Rusiya çempionatında hər komanda cəmi 3 legioner oynada bilərdi. Həmin ərəfədə yığmada zədələndiyim üçün narazılıq bildirmişdilər. Dedilər ki, sənə maaş veririk, özünü qorumursan. Baxdım ki, söz-söhbət yaranıb, müqaviləni pozmaq qərarına gəldim. Nəticədə 2010-cu ildə “Araz-Naxçıvan”a qayıtdım”.

Qeyd edək ki, Vitali Borisov karyerasını 2018-ci ildə başa vurub.

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”