Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

"Canni De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır".

Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rövlan Muradov Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoldaşlıq oyunlarında meydana çıxmaması ilə bağlı danışarkən deyib.

Yığmada debüt etməyən 24 yaşlı yarımmüdafiəçi baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirib: "Ümid edirəm ki, bu, daha artıq çalışmağıma, meydanda qollar vurmağıma və məhsuldar ötürmələr etməyimə gətirib çıxaracaq. Özümü göstərdikdən sonra yenidən dəvət alacağıma inanıram".

Muradov daha əvvəl İrlandiya və Serbiyaya qarşı DÇ-2022-nin seçmə matçlarına da dəvət aldığını, lakin meydana çıxmadığını xatırladıb: "Baş məşqçi nə vaxt lazım bilsə, mən hər zaman hazıram. Şanşımı gözləyirəm ki, maksimum hazırlıqlı şəkildə özümü göstərə bilim".

Oyunçu Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a rəqib olmaları və çempionatdakı durumları haqqında da danışıb: "Rəqibin gücü hər kəsə məlumdur. Cütün taleyi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Əlimizdən gələni edərək qələbə qazanmağa çalışacağıq. Azərbaycan Premyer Liqasında isə medalçılar sırasına düşəcəyimizə ümid edirəm. Yaxşı kollektivimiz var. İnanıram ki, çempionatın sonunda avrokuboklara vəsiqə qazanacağıq".

Qeyd edək ki, Azərbaycan yığması Moldovanı 2:1, Şimali Makedoniya isə 3:1 hesabı ilə məğlub edib.

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

Futbol
KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib