Azərbaycanlı Avropa çempionu: “Dünya çempionatında da bu uğuru gözləyirik”

Azərbaycanlı Avropa çempionu: “Dünya çempionatında da bu uğuru gözləyirik”

“Qarşıdakı dünya çempionatında da bu uğuru gözləyirik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin heyətində Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanan Hacı Kərimov (55 kq) Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

Finalda ermənistanlı Samvel Gevorqyan üzərində tam üstünlüklə (13:0) qalib gələn qitə çempionu bu uğurunu dünya çempionatında təkrarlamaq arzusundadır: “Avropa çempionatında müvafiq olaraq Türkiyə, Rusiya və Fransa idmançılarına qalib gələrək finala yüksəldim. Həlledici görüşdə isə erməni güləşçini məğlub edərək çempion oldum. Erməni güləşçi ilə görüşəndə bütün şəhidlərimiz gözümün önünə gəldi. Qələbəmi şəhidlərimizə həsr edirəm”.

60 kq çəki dərəcəsində ikinci dəfə Avropanın ən yaxşısı olan Camal Abbasov da İstanbulda təşkil olunacaq dünya çempionatı barədə düşündüyünü söyləyib: “Ötən il Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olmuşdum. Albaniyadakı yarışda da bunu təkrarladım. Bu il yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da öz sözümü demək istəyirəm”.

45 kq-da eyni uğura nail olan Cəfər Cəfərov qitə birinciliyində yalnız ilk duelin onun üçün çətin keçdiyini vurğulayıb: “Yalnız türkiyəli Əbubəkr Gür ilə ilk görüşüm çətin alındı. Digər rəqibləri asanlıqla məğlub etdim. Tiranadan 4 qızıl medalla qayıtdıq. Dünya çempionatında bundan da yaxşı nəticə göstərmək istəyirik”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Hacı Kərimov, Camal Abbasov və Cəfər Cəfərovla yanaşı, Yusif Dursunov (110 kq) da Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub