Azərbaycan gimnastları Avropa çempionatı haqqında: “İnanırıq ki, bayrağımızı yüksəklərdə dalğalandıracağıq”

Azərbaycan gimnastları Avropa çempionatı haqqında: “İnanırıq ki, bayrağımızı yüksəklərdə dalğalandıracağıq”

“İnanırıq ki, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan bədii gimnastı Güllü Ağalarzadə mayın 17-də Bakıda start götürəcək Avropa çempionatı ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı və çətinliyi yüksək olan kompozisiyalar hazırladıqlarını bildirib: “Ötən ilin oktyabrından yeni kompozisiyalar üzərində işləyirik. Bir neçə Dünya Kubokunda iştirak edərək, yaxşı nəticələr qazanmışıq. Komanda olaraq Avropa çempionatına hazırıq”.

21 yaşlı Darya Sorokina dünya çempionatının təbliğinin yüksək səviyyədə aparıldığını düşünür: “Doğma Bakıdakı bütün afişalarda özümüzü gördüyüm üçün çox xoşbəxtəm. Bu, təşkilatçılar tərəfindən maraqlı fikirdir. Bizi idman ulduzları kimi təqdim edirlər. Bizim üçün bu, əlavə məsuliyyətdir”.

Ləman Alımuradova isə doğma divarlar arasında çıxış etməyin daha məsuliyyətli olduğunu söyləyib: “Çünki bizi daha çox insan - federasiya işçiləri, valideynlərimiz, kiçik gimnastlarımız və gimnastikasevərlər dəstəkləyirlər. Buna görə də ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.

Millinin digər üzvü Zeynəb Hümmətova qitə birinciliyində çıxışlar olacağını vurğulayıb: “Beş halqa ilə çıxışımız milli musiqi altında olacaq. Milli Gimnastika Arenasında milli ab-hava yaratmağa, tamaşaçıları ayağa qaldırmağa çalışacağıq. Lent və topla çıxışımız isə maraqlı və sirlidir. Kompozisiyalarımız çox maraqlıdır, hər kəsin dəstəyini gözləyirik”.

Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Yelizaveta Luzan güclü idmançılarla mübarizə aparacaqlarını deyib: “Bakıdakı yarışda məşhur idmançılar, gimnastika ulduzları, Avropa və dünya çempionatının mükafatçıları iştirak edəcəklər. Bu, mənim üçün böyük qürur hissi və məsuliyyətdir”.

Zöhrə Ağamirovanın isə hədəfi Avropa çempionatında finala vəsiqə əldə etməkdir: “Dörd proqramın hər birini çox sevirəm. Kompozisiyaların hamısı bir-birindən fərqli və maraqlıdır. Hamısında yaxşı çıxış etmək mənim üçün çox vacibdir. Finala vəsiqə qazanmağa çalışacağam”.

18 yaşlı İlona Zeynalova isə debütant olduğundan həyəcan keçirdiyini gizlətməyib: “Bu, böyüklər arasında ilk Avropa çempionatımdır. Bir az həyəcan var. Buna baxmayaraq, ciddi hazırlaşmışam. Ümid edirəm ki, öz kompozisiyalarımı yaxşı yerinə yetirəcəyəm və ölkəmizi layiqincə təmsil edəcəyəm”.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı fərdi gimnastlar Zöhrə Ağamirova və İlona Zeynalova, eləcə də, böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər. Bakıda təşkil olunacaq yarışda 38 ölkədən 313 gimnast mübarizə aparacaq.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb