Serbiyalı nazir: "Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi"

Serbiyalı nazir: "Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi"

"Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanin idman naziri Zoran Qayiç Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.

Paytaxtda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimində iştirak edəcək funksioner bildirib ki, dünyada bu cür möhtəşəm idman obyektləri çox azdır: "Burada idmanın inkişafı üçün ideal şərait var. Buna görə ölkə rəhbərliyinə, Gənclər və İdman nazirliyinə təşəkkür düşür".

2011-2012 və 2015-ci illərdə Bakının "Rabitə" və "Telekom" voleybol klublarının baş məşqçisi olmuş Qayiçin sözlərinə görə, Azərbaycanda idman infrastrukturu əvvəlki illərlə müqayisədə çox dəyişib: "Mən burada işləyəndə hazırda olduğumuz Milli Gimnastika Arenası yenicə tikilirdi. Bir çox idman obyekti hələ qurulmamışdı. Geridə qalan 11,5 il ərzində infrastruktur müsbətə doğru çox dəyişib. O cümlədən ölkədə keçirilən "Formula-1" kimi nüfuzlu yarışlar dünya idman ailəsində Azərbaycan üçün prestijdir".

Gənclər və idman naziri Fərid Qayıbovla da görüşən qonaq danışıqların çox məhsuldar alındığını vurğulayıb: "Bir neçə ortaq layihə ilə bağlı razılıq əldə etdik. Həmçinin kadr, məşqçi mübadiləsi, birlikdə təlim-məşq toplanışlarının təşkili barədə anlaşdıq. Qərara gəldik ki, bir il Azərbaycanda, növbəti il Serbiyada hər hansı idman növü üzrə yeniyetmələr və gənclər arasında idman yarışları keçirək. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Hamıya məlumdur ki, Prezidentlərin çox yaxşı münasibətləri var. Serbiyada Azərbaycan şirkətləri fəaliyyət göstərir. Bundan sonra idman siyasətində də birgə addımlamağa razılaşdıq. Dünya və Avropa idman qurumları ilə daha çox əməkdaşlıq edəcəyik ki, həmyerlilərimiz beynəlxalq təşkilatlarda daha çox təmsil olunsunlar".

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb