Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Azərbaycan Badminton Federasiyası (ABF) ilə birlikdə jurnalistlər arasında yazı müsabiqəsinə start verir.

Azərbaycan Badminton Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, yazı müsabiqəsində bir neçə istiqamət üzrə mövzular təklif olunub.

1. Azərbaycanda badmintonunun tarixi

2. Badminton elitar idman növü kimi

3. Uşaqların sağlam inkişafında badmintonun rolu

4. Avropa Badminton Konfederasiyasının 2023-cü ildə Bakıda keçiriləcək Konqresinin əhəmiyyəti

5. Həvəskar badmintonun inkişaf perspektivləri, kütləvilik

6. Regionlarda badmintonun vəziyyəti və inkişaf perspektivləri

7. Badmintonda gender bərabərliyi

8. Fiziki məhdudiyyətli şəxslərin badminton vasitəsilə cəmiyyətə inteqrasiyası

9. Sərbəst mövzular

Müsabiqənin şərtləri:

- Azərbaycanda badmintonun yaranmasının 60 illik yubileyi münasibətilə elan olunan müsabiqəyə azərbaycanca nəşr olunan və rusdilli yazılı media subyektlərində çalışan həmkarlarımız qatıla bilərlər;

- Jurnalistlər çalışdıqları KİV-lərdə yazılarını dərc etdirməli, daha sonra həmin materialın linkini, özlərini və çalışdıqları media orqanını təqdim etməklə, 10 noyabr saat 23:59-dək [email protected] elektron ünvanına göndərməlidirlər;

- Müsabiqəyə hər bir jurnalist azərbaycanca nəşr olunan və ya rusdilli KİV-də dərc etdirməklə, yalnız 1 material göndərə bilər;

- Yazılar təkcə vikipedia materialları və ya ABF-nin rəsmi saytındakı məlumatlara əsaslanmamalı, arxiv sənədlərinə müraciət edilməklə, badmintonçu, badminton məşqçisi və mütəxəssisi, eləcə də federasiya rəsmilərindən açıqlamalar almaqla hazırlanmalıdır. Ekspert qismində fikirləri öyrənilməkdən ötrü, ehtiyac yarandıqda əlaqələndirici kimi federasiyanın mətbuat katibi Kənan Hakimov yardımçı ola bilər;

- Regionlarda badmintonun vəziyyətini öyrənmək istəyən jurnalistlər üçün federasiyanın hesabına ezamiyyət təşkil olunacaq

- 3 ən yaxşı məqalənin müəllifilərinə 500 manat pul mükafatı təqdim ediləcək

- Müsabiqədə fərqlənən yazılar ABF-nin sosial şəbəkə hesabında dərc olunacaq

- Mükafatlandırma mərasiminə bütün məqalə müəllifləri dəvət olunacaq

- Pul mükafatları qaliblərin təqdim edəcəkləri bank rekvizitlərinə köçürmə yolu ilə ödəniləcək.

Federasiyadan bildirilib ki, təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plaqiat olmaması araşdırılacaq.

Həmçinin vurğulanıb ki, materialları qiymətləndirəcək 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin kimliyi obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək açıqlanmayacaq: “Hər bir jüri nümayəndəsi materiallara fərdi qiymət verəcək və 5 münsifin verdikləri qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq”.

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Fərid Qayıbov: "İli uğurla və sabaha inamla başa vururuq"

Fərid Qayıbov: "İli uğurla və sabaha inamla başa vururuq"

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Fərdi
Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib