Avropa çempionatı: Stadnik finalda, Kolesnik və Məmmədova bürünc medal üçün yarışacaq

Avropa çempionatı: Stadnik finalda, Kolesnik və Məmmədova bürünc medal üçün yarışacaq

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünü keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 59 kq-da çıxış edən Alyona Kolesnik ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi finala çıxmaq şansını əldən verib. O, bürünc medal qarşılaşmasında türkiyəli Eda Tekini sınağa çəkəcək.

55 kq-da yer alan Elnurə Məmmədova da 3-cü yer uğrunda mübarizə aparacaq. Buna idmançının 1/4 finalda uduzduğu rumıniyalı Andrea Ananın finala vəsiqə qazanması səbəb olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

18:57

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.

15:57

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, Alyona Kolesnik 59 kq çəki dərəcəsində qızıl medal şansını davam etdirib.

1/4 finaldan mübarizəyə qoşulan Kolesnik bu raundda italiyalı Moreno De Vitanı iki dəqiqə ərzində məğlub edib. Onun yarımfinaldakı rəqibi Yuliya Tkaç (Ukrayna) olacaq.

Daha əvvəl Mariya Stadnik yarımfinala adlayıb. 50 kq-da çıxış edən səkkizqat qitə çempionu finala vəsiqə uğrunda Anna Lukasyakla (Polşa) görüşəcək.

Digər güləşçi Elnurə Məmmədova (55 kq) isə 1/4 finalda Andrea Anaya uduzub. Rumıniyalı güləşçi finala yüksələ bilsə, Məmmədova təsəlliverici görüşə qatılacaq.

14:56

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, 35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) Litva təmsilçisi Laura Staneliteni 1/8 finalda üstələyərək, növbəti raunda yüksəlib.

59 kq-dakı Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Fərdi
Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub