İlin ilk konkur yarışları keçirilib

İlin ilk konkur yarışları keçirilib

Abşeron rayonunun Novxanı kəndindəki “Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində bu ilin ilk konkur yarışları keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

İlk yarış aprelin 14-də təşkil olunub. “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət turnirdə 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla yarışıblar. İyirmi idmançının iştirak etdiyi mübarizədə “Məktəb” atçılıq klubunun idmançısı Nicat Rəhimov “Şahzadə” ləqəbli atla birinci, “Elit” atçılıq klubunun üzvü Aydan Ağayeva “Damla” ləqəbli atla ikinci, “Gilan” atçılıq klubunun təmsilçisi Rahib İsmayılov “Aleks 1” ləqəbli atla üçüncü yerlərdə qərarlaşıblar. Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin atçılıq klubunun üzvü Murad Əlizadə “Light Limerick” ləqəbli atla dördüncü olub. “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva isə “Cera 59” ləqəbli atla beşinci yeri tutub.

Saat 14:00-da “L” kateqoriyası üzrə hündürlüyü 120 santimetr olan yarışda 12 idmançı mübarizə aparıb. Nəticədə “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla birinci yerin sahibi olub. “Sərhədçi” atçılıq klubunun idmançısı Ramil İbrahimov “Alart-S” ləqəbli atla ikinci yeri tutub. “Buta Golden” klubunun üzvü Ekaterina Malaxova isə “Fine Chocolate” ləqəbli atla üçüncü yerə layiq görülüb.

Aprelin 15-də saat 14:00-da “M**” kateqoriyalı 125-130 santimetr hündürlükdə maneələrdən ibarət sonuncu yarışda 8 at iştirak edib. “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub və “Sərhədçi” kubokunun sahibi olub. “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun üzvü Aydan Ağayeva isə “Zirvə” ləqəbli atla üçüncü yerdə qərarlaşıblar.

Sonda yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq