Tərlan Əhmədov: “Təki “Qarabağ”a uduzaq, əsas rəqiblərimizi məğlub edək”

Tərlan Əhmədov: “Təki “Qarabağ”a uduzaq, əsas rəqiblərimizi məğlub edək”

“QELEBE.AZ”un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis uğurlu çıxışın davamını gətirə bilmədikləri üçün məyus olduqlarını bildirib: “Hansı səviyyədə komandaya qarşı oynadığımızı bilirdik. Yenə də öz oyunumuzu diktə etmək, heç olmasa, 1 xal qazanmaq istəyirdik. Komandamız, bəlkə də, “Qarabağ”ın adına görə ehtiyatlanırdı. Amma ümumilikdə səhvsiz, nizam-intizamlı çıxış etməyə çalışdıq. Penalti olmasaydı, bəlkə də, matç fərqli alınardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra komanda ardıcıl səhvlərə yol verməyə başladı. Qarşımızda Premyer Liqada qalmaq məqsədi durur. Bu baxımdan çox ağır üç oyunumuz olacaq ki, onlar bizim əsas rəqiblərimizdir”.

O, penalti epizoduna qədər rəqiblə başabaş mübarizə apardıqlarını düşünür: “Penaltiyə qədər komanda oynayırdı. “Qarabağ” kimi rəqiblə görüşdə ikinci topu buraxanda psixoloji gərginlik hiss edirsən. Düşünürəm ki, son matçlardakı sərgilənən oyunla məğlubiyyət qaçılmaz idi”.

Baş məşqçi hakimin penalti qərarının doğru olduğunu deyib: “Təmiz penalti idi. Buna şübhə yoxdur. Belə görüşlərdə diqqətli olmaq lazımdır. “Qarabağ” kimi komanda rəqibi səhvə məcbur edir və belə səhvləri də bağışlamır. “Qarabağ” çempionluq yolunda hamıdan öndədir. Elə səviyyədədir ki, oyunu dəyişəcək gücə malikdir”.

Tərlan Əhmədov adının Azərbaycan millisi ilə birgə hallanmasına da münasibət bildirib: “Azərbaycan millisində işləmək şərəfdir. Ağır günlərində yığmanın şərəfini qorumuşuq. Məşqçi kimi etimad göstərilsə, bunu layiqincə yerinə yetirməyə çalışacağam. Mənim adımı hallandıranlara təşəkkür edirəm. Həmişə demişəm ki, millidə yerli mütəxəssis çalışmalıdır. Söhbət tək məndən getmir. “Qarabağ”dan başqa klublarımızın səviyyəsi hələ o qədər də yüksək deyil. Avropa səviyyəli klublarımız çox olsa, o zaman adlı-sanlı məşqçi gətirmək olar”.

Mütəxəssis yeni müqavilə ilə bağlı danışıq aparılmadığını sözlərinə əlavə edib: “Heç bir danışıq olmayıb. Premyer Liqada qalmağımız hələ rəsmiləşməyib. Üç vacib matçımız olacaq. Həmin görüşlərdə maksimum nəticə əldə etməliyik ki, elitada qala bilək. Nə mənimlə, nə də futbolçularla danışıq gedir”.

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Futbol
Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Futbol
“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

Futbol
Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Futbol
Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib