Azərbaycan Premyer Liqası: Tura iki oyunla yekun vurulur

Azərbaycan Premyer Liqası: Tura iki oyunla yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək. Hazırda Qərb təmsilçisi 28 xalla 6-cı, Şamaxının eyniadlı klubu isə 20 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında cəmi 3 dəfə qarşılaşıb. Bunların 2-də Ayxan Abbasovun baş məşqçi olduğu komanda, 1-də isə Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv qalib gəlib. Vurulan topların sayı bərabərdir - 3:3.

Meydan sahibi olan komanda xal qazana bilməyib. "Turan Tovuz" hər üç qarşılaşmada bir qol vurub.

Turun son oyunu isə lider "Qarabağ"la "Kəpəz" arasında olacaq. "Köhlən atlar" 74 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan "sarı-göylər" isə 7-ci sırada yer alıb.

İki komanda arasında bunadək baş tutmuş 52 çempionat matçının 28-də Ağdam təmsilçisi, 14-də Gəncə klubu qələbəyə sevinib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində son Azərbaycan çempionunun aşkar üstünlüyü var - 72:56.

"Qarabağ" son 16 oyunda qol vurub. "Kəpəz" isə son 27 matçda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası
XXIX tur

9 aprel (bazar)

16:00. "Turan Tovuz" - "Şamaxı"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.

18:30. "Qarabağ" - "Kəpəz"
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Azersun Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Zirə"ni , "Səbail" "Sabah"ı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

Futbol
"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb