FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş keçirilib

FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş keçirilib

Martın 22-26-da İspaniyanın Qvadalahara şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə böyüklər və para-karateçilər arasında 58-ci Avropa çempionatı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, yarışda 4 para-karateçi ilə təmsil olunan Azərbaycanın para-karate üzrə milli komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, kata üzrə para-karateçilər arasında Fövqəladə Hallar Nazirliyinin para-karate komandasının üzvləri Nihat Məmmədzadə və Eldar Əhmədov yarışın gümüş medalının sahibi olublar. Qaliblər Avropa Karate Federasiyasının medalı ilə təltif ediliblər.

Qeyd edək ki, para-karateçilərimiz çempionatda ümumi medal sıralamasında 2-ci olublar.

Para-karateçilərin şəxsi məşqçiləri 1-ci dan qara kəmər sahibi Xəyal Məmmədov, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Bundan əlavə, 28-30 mart 2023-cü il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə U-20 gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda 96 klubdan 250-yə yaxın idmançı öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü 79 kq çəki dərəcəsində Nihad Əsgərov İdman-sağlamlıq klubunun baş zabiti, leytenant Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, o çempionatda 4 görüş keçirərək bürünc medalın sahibi olub. Qalib Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasınınn diplom və medalı ilə təltif olunub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatlarda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Döyüş növləri
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar