Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8, Xaniyev gürcüstanlı Davit Patsinaşvili 7:4, İlyasov isə macarıstanlı Riçard Veqə hesabı ilə qalib gəlib. Onlar finalda müvafiq olaraq fransalı Xamzat Arsamerzoyev, ermənistanlı Hayk Papikyan və türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarında bürünc medal qarşılaşmalarına çıxacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

16:32

Azərbaycanın bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərinin hamısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəliblər.

"Report"un məlumatına görə, 57 kq-da Nurəddin Novruzov, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev, 79 kq-da Səbuhi Əmiraslanov, 97 kq-da İslam İlyasov bu raundadək irəliləyə bilib.

Novruzov finala gedən yolda türkiyəli Tolqa Özbeklə, Babazadə onun həmyerlisi Hamza Zopalı ilə, Xaniyev gürcüstanlı Davit Patsinaşvili ilə, Əmiraslanov yunanıstanlı Georgios Kuqiumtsidislə, İlyasov macarıstanlı Riçard Veqlə güləşəcək.

Qadınların yarışında 57 kq-dakı Jalə Əliyeva təsəlliverici qarşılaşmada bolqarıstanlı Nazife Tairə qalib gəlib. Əliyeva bürünc medal görüşündə italiyalı Auroro Russo ilə üz-üzə gələcək.

Bu gün, həmçinin, Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Fərdi
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Azərbaycanın bir karateçisinin adı Premyer Liqa turnirinə son anda daxil edilib

Fərdi
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"