Azərbaycanın Paris olimpiadasına ilk lisenziyasının sahibi: “Hədəfim medal qazanmaqdır” - MÜSAHİBƏ

Azərbaycanın Paris olimpiadasına ilk lisenziyasının sahibi: “Hədəfim medal qazanmaqdır” - MÜSAHİBƏ

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2006-cı ildən yarışlarda iştirak etməyə başlayıb.

34 yaşlı idmançı 2007-ci ildə Azərbaycan çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada 383 xal toplayaraq birinci yeri tutub və ölkə rekordunu qırıb.

Təcrübəli atlet 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib çıxıb.

Lunyov 2019-cu ildə 25 metr məsafədən kiçik çaplı tapançadan, 2022-ci ildə isə eyni məsafəyə standart tapançadan atəş açmada Avropa çempionu olub.

Martın 10-da Estoniyanın paytaxtı Tallindəki qitə çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə gümüş medala yiyələnən idmançı Azərbaycanın 2024-cü ildə keçiriləcək Paris olimpiadası üçün ilk lisenziyasını qazanıb.

Ruslan Lunyov gələcək karyerası və hədəfləri barədə "Report"un suallarını cavablandırıb.

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Təəssüratlarınız necədir?
- Bunun üçün çox şadam. Məndə bir az narahatlıq qalıb. Çünki yarışda rəqibimdən çox irəlidə olsam da, sonda yaxşı nəticə göstərmədim. Özümü toparlaya bilmədim və qızıl medalı əldən verdim. Təəssüf ki, ikinci yerə layiq görüldüm. Amma ilk lisenziyanı qazandığım üçün sevinirəm.

- Qızıl medal qazanmağa konkret nə mane oldu?
- Məncə, qızıl medal əldə etməyə şəxsi fikirlərim maneçilik törətdi. Çünki işi sonadək görməmişdim. Amma beynimdə Avropa çempionu ola biləcəyimlə bağlı fikirlər yarandı. Beləliklə, işimdən bir az ayrıldım. Rəqib mənə çatanda özümü toparlamaq istədim, amma artıq gec idi və qızıl medalı əldən vermişdim.

- 2016-də ildə Rioda və 2021-ci ildə Tokioda keçirilən olimpiadalarda çıxış etmisiniz. Paris-2024-də əsas hədəf nə olacaq?
- Rio olimpiadasına vəsiqə qazana bilməmişdim, ölkənin ən güclü atıcısı kimi vayld kart vasitəsi ilə yarışa getmişdim. Tokio olimpiadasına isə özüm vəsiqə əldə etdim. Amma təəssüf ki, finala yüksələ bilmədim. Paris Yay Olimpiya Oyunlarında əsas hədəfim medal əldə etməkdir. Əlbəttə ki, onun qızıl əyarlı olmasını da çox istəyirəm. Həm də özümə güvənirəm. Çünki son 2-3 il çox yaxşı nəticələr göstərirəm, ən güclü idmançılarla rahat mübarizə aparıram. Hətta çox vaxt onlara qalib də gəlirəm. Olimpiadada hədəfim qalibiyyət olacaq.

- Ölkə üçün atıcılıqda son olimpiya medallarını Zemfira Meftahətdinova ilə İradə Aşumova əldə ediblər. Bu, 2004-cü il Afina olimpiadasında olub. Sizcə, son 4 yarışda Azərbaycanın bu növbə medalsız qalmasının əsas səbəbi nədir?
- Düşünürəm ki, onların hər ikisi həmin vaxt pik formalarında idilər. Ondan sonra isə karyeralarını başa vurdular. Bu növdə təəssüf ki, başqa güclü idmançımız yox idi. Mənim də nəticələrim orta idi. Başqa atıcılar da oldu, amma onlarda da nəticələr alınmırdı. Hazırda mən yaxşı forma yığmışam. Hətta Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyində də dəyişiklik olub. Yeni rəhbərlik bu idman növünə yaxşı baxır. Yeni tapançalar, tüfənglər alınıb, xaricdən mütəxəssislər cəlb olunub. İnanıram ki, qarşıdakı 5-10 il uğurlu olacaq və güclü idmançılar yetişəcək.

- Sizin də vurğuladığınız kimi, Azərbaycan son illər atıcılıqla bağlı beynəlxalq turnirlərə ev sahibliyi edir, yaxşı infrastruktur var. Sizcə, hadisələrin bu templə inkişafı davam etsə, gələcəkdə məhz olimpiada iştirakçılarının və mükafatçılarının sayında artım ola bilərmi?
- Azərbaycanda idmanın bu növündə daha çox inkişaf gedir. Fikirləşirəm ki, atıcıların sayı da çoxalacaq və uğurlu nəticələr artacaq. Həqiqətən, dəyişiklikləri özüm də görürəm. Mən də istəyirəm ki, güclü atıcılarımız olsun. Çünki üç nəfərdən ibarət komanda şəklində də yarışlar baş tutur.

- Parisdəki olimpiadanın nəticəsindən asılı olaraq, medal qazansanız və ya qazanmasanız, karyeranız haqqında yenidən düşünəcəksiniz?
- Parisdə medal qazansam da, karyeramı davam etdirməyi planlaşdırıram. Yaxşı formadayam və hər şey qaydasındadır. Daha iki olimpiadada mübarizə aparmaq niyyətindəyəm. Ən azından 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək olimpiadaya kimi bu idman növü ilə məşğul olacağam. Los-Ancelesdəki yarışdan sonra isə vəziyyətə baxacağam. O turnirin mənim üçün sonuncu olimpiada olacağını da deyə bilmərəm.

- İradə Aşumovanın oğlu olmağın sizin üçün müsbət və mənfi cəhətləri nələrdir?
- Deməzdim ki, mənfi cəhətlər çox olub. 10 il bundan əvvəl gənc olanda və təcrübə qazanmaq üçün yarışlara gedəndə kimsə deyə bilərdi ki, yaxşı nəticələri yoxdur, amma anasına görə turnirlərə gedir. Belə fikirlər səsləndirə bilərdilər. Bu cür söz-söhbətlər hər yerdə olur. Amma İradə Aşumovanın oğlu olmağımın müsbət tərəfləri daha çoxdur. Çünki anam da yaxşı idmançı olub və böyük yarışlarda medallar qazanıb.

- Ümumiyyətlə, valideynlərinizin keçmiş atıcı olması yarışlar zamanı üzərinizdə əlavə təzyiq yaratmır?
- Atam anamın şəxsi məşqçisi idi, indi də mənimlə işləyir. Hər ikisinin fikirləri mənə kömək edir. Bəzən elə yarış olur ki, anam məşqçi kimi gedir, atam isə evdə qalır. Beynəlxalq yarışlarda yeni iştirak edəndə bir az təzyiqlər olurdu. Çünki karyeram alınmasaydı, pis fikirləşəcəkdilər. Amma artıq heç bir təzyiq hiss etmirəm. Yaxşı nəticələr göstərirəm və kimin oğlu olmağımın fərqi yoxdur. Ölkəmizin bayrağını beynəlxalq arenalarda qaldırdığım üçün qürur duyuram.

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək