Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
"Sumqayıt" milli komandanın üzvü ilə müqaviləni uzadıb
"Sumqayıt" komandası futbolçusu Səbuhi Abdullazadə ilə müqavilənin müddətini uzadıb.
Klubdan "Report"a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonunadək sözləşmə imzalanıb.
Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Abdullazadə 2017/2018 mövsümündə - 15 yaşı olarkən Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Ölkə çempionatında ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.
Qeyd edək ki, Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

https://qelebe.az//uploads/photo/sumqayit-milli-komandanin-uzvu-ile-muqavileni-uzadib.webp











