“Barselona” Ferminin qiymətini müəyyənləşdirdi

“Barselona” Ferminin qiymətini müəyyənləşdirdi

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını başqa klubda davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün gələn transfer təkliflərini nəzərdən keçirir.

“CaughtOffside” nəşrinin məlumatına görə, “Barselona” İspaniya millisinin üzvünü satmağı planlaşdırmasa da, maliyyə problemləri səbəbindən 100 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdır.

Futbolçu ilə “Çelsi” və PSJ maraqlanır. Paris təmsilçisi artıq rəsmi təklif hazırlayır.

Qeyd edək ki, Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçməkdən imtina edib. O, bu ilin fevralında “Barselona” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

2023-cü ildən Kataloniya klubunun əsas komandasında çıxış edən yarımmüdafiəçi 148 matçda 37 qol vurub və 32 məhsuldar ötürmə edib.