“Şamaxı”nın hücumçusu: “Canni De Byazidən dəvət gözləyirəm”

“Şamaxı”nın hücumçusu: “Canni De Byazidən dəvət gözləyirəm”

“Millinin baş məşqçisi Canni De Byazidən dəvət gözləyirəm”.

Bunu “Report”a açıqlamasında “Şamaxı”nın futbolçusu Amil Yunanov deyib.

Qış fasiləsindən sonra Premyer Liqada keçirdiyi 7 oyunda 4 qol vuran 30 yaşlı hücumçu zədədən sonra artıq əvvəlki formasına qovuşduğunu və qarşıdakı matçlarda milliyə kömək etməyə hazır olduğunu söyləyib: “Qış təlim-məşq toplanışında bərpa prosesi keçdim. Bunun üstündən artıq iki aya yaxın vaxt ötüb. Özümü millidə oynamağa hazır sayıram. Yığmada yer almaq şərəfdir. Əlbəttə ki, qarşıdakı oyunlarda heyətdə yer almaq istəyərəm. Dəvət gəlməsə belə, irəli baxacağam”.

O, millinin martın 24-də Avstriya və 27-də İsveçə qarşı səfərdə keçirəcəyi AVRO-2024-ün seçmə mərhələsi matçlarındakı şanslarını dəyərləndirib: “Hər iki rəqib yaxşı futbolu olan ölkənin təmsilçisidir. Həm Avstriya, həm də İsveç iddialı komandalardır. Bizi çox çətin oyunlar gözləyir. Ancaq onu da nəzərə alaq ki, yığmamız son 5 matçda qələbə qazanıb. Bu, motivasiya baxımından çox yaxşı amildir. Qarşıdakı görüşlərdən yaxşı nəticələr gözləyirəm”.

Yunanov güclü rəqibləri əzmkarlıq sayəsində büdrətməyin mümkün olduğunu vurğulayıb: “İnanıram ki, millimiz qələbə seriyasını Avstriya və İsveç önündə də davam etdirəcək. Ola bilsin ki, bizi özlərinə əsas rəqib qismində görmürlər. Onları yanılda bilərik. Bizim əsas üstün cəhətimiz əzmkarlıqdır. Bunu göstərə bilsək, qarşıdakı oyunlarda da uğurlu nəticə qazanarıq”.

Qeyd edək ki, Amil Yunanov sonuncu dəfə 2021-ci ilin martında Qətərlə (1:2) keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisinin formasını geyinib. O, yığmada ümumilikdə 5 oyun keçirib.

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Futbol
CAS Rusiya Futbol İttifaqının şikayətini rədd edib

CAS Rusiya Futbol İttifaqının şikayətini rədd edib

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb