Premyer Liqa: “Turan Tovuz” ilk qol, “Səbail” sensasiya axtarışında olacaq

Premyer Liqa: “Turan Tovuz” ilk qol, “Səbail” sensasiya axtarışında olacaq

Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı Tovuzda baş tutacaq. 4-cü yerə iddia edən “Qəbələ” mövsümün sürpriz komandalarından “Turan Tovuz”un qonağı olacaq. Ayxan Abbasovun kollektivi doğma azarkeşləri önündə qalib gələrək, rəqibi ilə aradakı xal fərqini 3-ə endirmək əzmindədir. Bu baş verərsə, tovuzlular həm ilk dəfə “Qəbələ”nin qapısına qol vurmuş olacaqlar. Hazırda “Qəbələ” 32 xalla turnir cədvəlinin beşinci, “Turan Tovuz” isə 26 xalla altıncı pilləsində yer alır. Elmar Baxşıyevin komandası isə bir gün əvvəl “Zirə”nin büdrəməsindən yararlanaraq, ona daha da yaxınlaşmağa çalışacaq.

Çempionatın məğlubedilməz lideri “Qarabağ” autsayder “Səbail”i sınağa çəkəcək. Son dörd matçda rəqibinə heç bir şans verməyən ağdamlılar bu dəfə də qarşılaşmanın aşkar favoritidirlər. “Səbail” isə sensasiya edərək, son pillədən qurtulmaq niyyətindədir. “Qarabağ” cari mövsüm aktivinə 65 xal yazdırıbsa, “Səbail”in hesabında cəmi 17 xal var.

Qeyd edək ki, ilk gündə “Kəpəz”lə “Zirə” heç-heçə (1:1) edib, “Sabah” öz meydanında “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib. Tura martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Premyer Liqa

XXVI tur

11 mart (şənbə)

15:00. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tovuz şəhər stadionu

18:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Azersun Arena”

Futbol
Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Futbol
AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub