Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal

Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb.

QELEBE.AZ xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 

O, böyüklər arasında 84 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Veteranlar (35-45 yaş) kateqoriyasında isə Elnur Əliyev aktivimizə daha bir medal yazdırıb. Elnur bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.