FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FIFA prezidenti Canni İnfantino dünya liderlərini bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı Ukraynada atəşkəsi təşviq etməyə çağırıb.

"QELEBE.AZ"un məlumatına görə, 52 yaşlı funksioner bu barədə G 20 liderlərinin İndoneziyanın Bali əyalətində keçirilən sammitində qeyri-rəsmi nahar zamanı bildirib.

İnfantino 2018-ci ildəki mundialın Rusiyada gerçəkləşdiyini, Ukraynanın isə 2030-cu ildəki yarışa namizəd olduğunu xatırladıb: "Növbəti çempionat çox yaxında başlayacaq. Bununla bağlı sizə təklifim var: müvəqqəti atəşkəslə razılaşın. Yaxud iki tərəf arasında dialoqa doğru ilk addım ola biləcək humanitar dəhlizlərin təşkili və ya buna bənzər bir şey haqqında razılıq əldə olunsun.

Həmçinin FIFA prezidenti mundialın rəsmi topunu toplantıya gətirib və naharda iştirak edənlərin hər birindən onu imzalamağı xahiş edib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib

FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Futbol
“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

“Qarabağ” ən məhsuldar komandaların siyahısında Avropa nəhənglərini qabaqlayır

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
Messi azarkeşin kürəyinə imzasını çəkib

Messi azarkeşin kürəyinə imzasını çəkib