UEFA "Liverpul"un 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək

UEFA "Liverpul"un 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək

UEFA İngiltərənin "Liverpul" klubunun 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə İngiltərə "Liverpul"u ilə İspaniya "Real Madrid"i arasında keçirilən Çempionlar Liqasının final oyunundan öncə baş vermiş insidentdir.

Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılmış qarşılaşma təhlükəsizlik problemləri səbəbindən 36 dəqiqə gec başlayıb. Polislər arenaya soxulmaq istəyən Mersisayd təmsilçisinin azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

UEFA-nın hesabatını araşdıran müstəqil ekspert komissiyası iğtişaşlara görə ilk növbədə qurumun məsuliyyət daşıdığını bildirib.

Beləliklə, stadiona daxil ola bilməyən ümumilikdə 19 618 fanatın bilet üçün ödədiyi məbləğ geri qaytarılacaq. "Daily Mail" nəşrininin iddiasına görə, final oyununa ən ucuz biletlərin qiyməti 70 avro, ən bahalısı isə 690 avro olub. Bundan belə nəticə çıxır ki, UEFA-nın ödənişləri təxminən 3,4 milyon avro təşkil edəcək.

Qeyd edək, "Liverpul" - "Real Madrid" matçı "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

Futbol
“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”