DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb
Bu gün DÇ-2022-nin C qrupunda I tura yekun vurulub.
QELEBE.AZ saytının məlumatına görə, turnirin üçüncü oyun günündə Meksika və Polşa milliləri üz-üzə gəlib.
Şimali amerikalılar mundialların daimi iştirakçılarından biri hesab olunur. Robert Levandovski kimi forvardı olan polşalılar isə daim qatılmadıqları çempionatlarda yaddaqalan nəticələrə imza atıb. Komandaların mundiallardakı yeganə dueli 44 il əvvələ təsadüf edib. 1978-ci ildə baş tutan matçda polşalılar 3:1 hesabı ilə qalib gəlib.
Bu matçda tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb - 0:0.
Qeyd edək ki, qrupun bu gün baş tutan ilk oyununda Səudiyyə Ərəbistanı yığması Argentinanı 2:1 hesabı ilə məğlub edib.
DÇ-2022, qrup mərhələsi
22 noyabr
C qrupu
20:00. Meksika - Polşa